Sizin reklam burada
Sizin reklam burada

Uzunmüddətli stajı olan işçilərə şad xəbər

Uzunmüddətli stajı olan işçilərə şad xəbər


İşçiyə əmək stajına görə əlavə məzuniyyətin verilməsi təklif olunur.
Təklif İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Belə ki, sənəddə işçilərin əmək və istirahət hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə Əmək Məcəlləsinin 116-cı maddəsinə müvafiq dəyişikliklər edilməklə, işçiyə əmək stajı on beş ildən iyirmi ilədək olduqda 6 təqvim günü, iyirmi ildən çox olduqda isə 8 təqvim günü müddətində əlavə məzuniyyətin verilməsi barədə müddəaların əlavə olunması təklif edilib.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ