
Novruz bayramı baharın gəlişini müjdələyən və insanlara yeni ümidlər bəxş edən ən gözəl bayramlardan biridir. Bu bayramın tarixi çox qədim dövrlərə gedib çıxır və əsrlər boyu insanların həyatında xüsusi yer tutmuşdur.
Novruz günü gecə ilə gündüz bərabərləşir və təbiətdə yeni həyat başlayır. Torpaq oyanır, bitkilər cücərir, ağaclar çiçək açır. Bu dəyişikliklər insanlara yeni ümidlər və arzular bəxş edir.
Bayram günlərində insanlar bir-birini ziyarət edir, uşaqlar müxtəlif oyunlar oynayır, tonqallar qalanır və şənliklər təşkil olunur. Bayram süfrələri isə milli mətbəximizin ən gözəl nümunələri ilə bəzədilir.
Novruz yalnız bir bayram deyil, həm də xalqımızın birlik, mehribanlıq və mərhəmət kimi dəyərlərini yaşadan mühüm bir ənənədir.
Bahar bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, həyatınıza sevinc, evlərinizə bərəkət və ürəklərinizə xoşbəxtlik arzulayırıq. Novruz bayramınız mübarək!
ÜLVİ OSMANLI
İsmayıllı şəhəri Talıstan liseyinin direktor müavini
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının idarə heyətinin üzvü
