Sizin reklam burada
Sizin reklam burada

15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Müstəqilliyini Yaşadan Tarixi Qərar

15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Müstəqilliyini Yaşadan Tarixi Qərar

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş, dövlətçilik tariximizin ən əlamətdar səhifələrindən biri kimi xüsusi dəyərə malikdir. Bu gün yalnız bir tarixi hadisənin ildönümü deyil, həm də Azərbaycanın müstəqilliyini qoruyub saxlamasının, dövlət idarəçiliyində sabitliyin bərpa olunmasının və gələcək inkişafının təməl daşının qoyulduğu gündür.
1993-cü ildə ölkəmiz dərin siyasi böhran, iqtisadi çətinliklər və daxili qarşıdurmalarla üzləşmişdi. Dövlət idarəçiliyində yaranmış xaos və qeyri-sabitlik müstəqilliyimizi təhlükə altına salmışdı. Belə bir çətin məqamda xalqın təkidli çağırışı ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı oldu.
Milli Qurtuluşdan sonra ölkədə qanunçuluğun təmin edilməsi, sabitliyin bərpası, dövlət institutlarının gücləndirilməsi və milli maraqlara əsaslanan siyasətin həyata keçirilməsi istiqamətində mühüm addımlar atıldı. Məhz həmin dövrdə iqtisadi inkişafın əsasları yaradıldı, xarici siyasətdə balanslı münasibətlər quruldu, Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmağa başladı.
15 İyun xalqın öz dövlətinə olan inamının, milli həmrəyliyinin və vətən sevgisinin təcəssümüdür. Bu əlamətdar gün hər bir azərbaycanlıya dövlətçiliyimizin qorunmasının müqəddəs vəzifə olduğunu xatırladır. Güclü dövlətin təməlində milli birlik, vətənpərvərlik və xalqın öz gələcəyinə olan inamı dayanır.
Bu gün müstəqil Azərbaycan siyasi sabitliyi, iqtisadi inkişafı, beynəlxalq nüfuzu və əldə etdiyi mühüm nailiyyətlərlə regionun lider dövlətlərindən birinə çevrilmişdir. Bütün bunlar Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini bir daha nümayiş etdirir və bu günün xalqımız üçün nə qədər dəyərli olduğunu təsdiqləyir.
Milli Qurtuluş Günü hər bir azərbaycanlı üçün qürur, iftixar və vətənə sonsuz sevgi hisslərini daha da gücləndirən müqəddəs bir gündür. Bu tarix gələcək nəsillərə dövlətçiliyin, birliyin və müstəqilliyin dəyərini öyrədən ən mühüm tarixi örnəklərdən biridir.
15 İyun – Milli Qurtuluş Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, doğma Vətənimizə əbədi müstəqillik, qüdrət, xalqımıza sülh, birlik, rifah və firavan gələcək arzulayırıq. Qoy Azərbaycan daim inkişaf etsin, zəfərləri və uğurları davamlı olsun. Bayramınız mübarək!


Asif İsmayılov
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi aparat rəhbərinin müavini

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ