Sizin reklam burada
Sizin reklam burada

Rusiyada üç günlük seçkilər başladı

Rusiyada üç günlük seçkilər başladı

Rusiyada üç günlük seçkilər başlayır - seçkilər sentyabrın 18-dən 20-dək keçiriləcək.

Bu günlərdə ruslar doqquzuncu çağırış Dövlət Dumasına deputatları, qanunvericilik orqanlarının və yerli özünüidarəetmə orqanlarının üzvlərini, eləcə də ölkənin səkkiz bölgəsində yüksək vəzifəli şəxsləri seçəcəklər.

Seçki məntəqələri artıq Bakı vaxtı ilə saat 00:00-da Uzaq Şərqdə açılıb. Üç gün ərzində rusiyalılar yerli vaxtla saat 08:00-dan 20:00-dək səs verə biləcəklər.

Xaricdə olan Rusiya vətəndaşlarının da səs vermək imkanı var. “RİA Novosti”nin məlumatına görə, ümumilikdə dünyanın 152 ölkəsində 333 seçki məntəqəsi fəaliyyət göstərəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ