Sizin reklam burada
Sizin reklam burada

Bu ilin altı ayında 2 nəfər mina partlayışında həlak olub, 11 nəfər xəsarət alıb - RƏSMİ

Bu ilin altı ayında 2 nəfər mina partlayışında həlak olub, 11 nəfər xəsarət alıb - RƏSMİ


Ermənistanın mina terroru nəticəsində 2026-cı ilin birinci yarımilində mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 2 nəfər həlak olub.

Bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında qeyd olunub.

Bildirilib ki, sözügedən dövrdə 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Vurğulanıb ki, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 430 şəxs bu terrorun qurbanı olub, onlardan 73 nəfəri həlak olub, 357 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ