Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və 2026–2027-ci tədris ilindən etibarən yeni təmayüllü tədris modelinin tətbiq olunacağı ümumi təhsil müəssisələrinə fənn müəllimlərinin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir.
???? Vakansiya elan olunan ümumi təhsil müəssisələri:
???? Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi
???? Gəncə şəhər N.Aydın adına 18 nömrəli tam orta ümumtəhsil məktəbi
???? Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta ümumtəhsil məktəbi
???? Gəncə şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbi
???? Goranboy şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbi
???????? Qeyd olunan təhsil müəssisələrində tədris prosesi yüksək akademik göstəricilərə malik, peşəkar və innovativ yanaşmaya sahib pedaqoji heyət tərəfindən həyata keçiriləcəkdir.
???? Yeni təmayüllü tədris modelinin uğurlu tətbiqində yer almaq, güclü və peşəkar komandada fəaliyyət göstərmək, eyni zamanda gələcək nəslin keyfiyyətli təhsil almasına töhfə vermək istəyən müəllimləri müsahibədə iştirak üçün qeydiyyatdan keçməyə dəvət edirik.
