Sizin reklam burada
Sizin reklam burada

Metodik xidmətin keyfiyyətinin artırılması istiqamətində fəaliyyətlər davam edir

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən 1–15 iyul tarixlərində regionlarda fəaliyyət göstərən aparıcı metodistlərin məktəbdaxili metodistlərlə birgə fəaliyyətinin təşkili məqsədilə əyani və onlayn vebinarlar keçirilib.
Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə vebinarlar İsmayıllı şəhər N.Behdiyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin aparıcı metodisti Qədir Məmmədov tərəfindən təşkil olunub. Təlimlərdə region üzrə 11 metodist iştirak edib.
Görüşlər zamanı təkmilləşdirilmiş Azərbaycan dili fənn kurikulumu ətrafında geniş müzakirələr aparılıb, kurikulumun tətbiqi ilə bağlı aktual məsələlərə aydınlıq gətirilib. Eyni zamanda, yeni alt standartlar əsasında tədris prosesinin səmərəli təşkili, müasir metodik yanaşmalar və onların praktik tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb. Metodistlərin təklifləri dinlənilib və növbəti fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Bununla yanaşı, Təhsil İnstitutu tərəfindən Bakı şəhərində aparıcı metodistlər üçün təkmilləşdirmə görüşləri və seminarlar təşkil olunub. Təlimlər metodik xidmətin müasir tələblərə uyğun təşkili və idarə olunması istiqamətində peşəkar bilik və bacarıqların inkişafına xidmət edir.
Seminarlar çərçivəsində iştirakçılar nəticəyönümlü fəaliyyətin planlaşdırılması, KPI və KPA göstəricilərinin müəyyənləşdirilməsi, SMART məqsədlərin hazırlanması, fəaliyyət nəticələrinin monitorinqi və təhlili, SWOT analizinin aparılması, inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, eləcə də strateji və operativ fəaliyyət planlarının hazırlanması üzrə praktiki bilik və bacarıqlar əldə ediblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ