Sizin reklam burada
Sizin reklam burada

2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş hesabat görüşləri keçirilib

9–10 iyul 2026-cı il tarixlərində Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən yerli təhsil sektorlarının 2025–2026-cı tədris ilinin yekunlarına dair hesabat görüşləri keçirilib.
Görüşlərdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, müdir müavini Rahim Novruzov, Tədrisin keyfiyyəti sektorunun müdiri Cəmil Muradov, Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonları üzrə təhsil sektorlarının müdirləri və Tədrisin keyfiyyəti sektorunun əməkdaşları iştirak ediblər.
Hesabatlarda cari tədris ili ərzində görülmüş işlər, əldə olunmuş nəticələr və mövcud vəziyyət geniş müzakirə olunub. Eyni zamanda, Regional Təhsil İdarəsi tərəfindən tətbiq edilən Daxili Keyfiyyət Təminatı Sistemi çərçivəsində görülmüş işlər təhlil edilib, sistemin daha da təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələr müəyyənləşdirilib və müvafiq tapşırıqlar verilib.
Görüşlər zamanı növbəti tədris ili üçün prioritet istiqamətlər, qarşıya qoyulan hədəflərə nail olunması, tədrisin keyfiyyətinin yüksəldilməsi və idarəetmənin daha da təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, yerli təhsil sektorlarına müvafiq tövsiyələr təqdim edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ