????️ Bu gündən etibarən 2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılıb.
????Qarabağ Regional Təhsil İdarəsi üzrə test imtahanları 14-18 iyul tarixlərini əhatə edəcək və 2 imtahan mərkəzində təşkil olunacaq. Müsabiqənin test imtahanı mərhələsinin şəffaf, obyektiv və təhlükəsiz şəkildə keçirilməsi üçün bütün zəruri təşkilati tədbirlər görülüb
ℹ️ Nəzərinizə çatdırırıq ki, bu gün təşkil olunan müəllimlərin işə qəbulu prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 15 iyul saat 12:00-dan etibarən başlanılacaq. Müraciətlər 48 saat (2 gün) ərzində qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.
Test imtahanı mərhələsində iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq.
