22 iyul 2026-cı il tarixindən etibarən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi davam edir
Müsahibələr ilkin olaraq şagird sayı 500-dək olan ümumi təhsil müəssisələri üzrə təşkil edilir.
Namizədlərin müsahibə mərhələsinə dəvəti müsabiqə qaydalarına uyğun olaraq ardıcıllıq prinsipi əsasında, vakant vəzifəyə uyğun namizəd müəyyən edilənədək həyata keçiriləcək.
Müsahibə zamanı namizədlər komissiya tərəfindən aşağıdakı 7 meyar üzrə qiymətləndirilirlər:
liderlik və strateji idarəetmə;
pedaqoji və tədris;
idarəçilik və təşkilatçılıq;
ünsiyyət və əlaqə;
problemlərin həlli və qərarvermə;
rəqəmsal və texnoloji;
sosial və emosional bacarıqlar.
Müsahibə mərhələsinə dəvətlə bağlı məlumatlar mərhələli şəkildə namizədlərin şəxsi kabinetlərinə göndərilir. Namizədlərə şəxsi kabinetlərini mütəmadi olaraq izləmələri tövsiyə olunur.
