Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüquqları Günü ilə bağlı dəyirmi masa, yerli yazarlarla görüş, kitab sərgiləri keçirilib.
Tədbirlərdə YUNESKO-nun qərarına əsasən, hər il aprelin 23-nün beynəlxalq səviyyədə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd edildiyi iştirakçıların diqqətinə çatdırılıb, bu günün beynəlxalq səviyyədə qeyd edilməsinin əhəmiyyəti və mahiyyəti izah edilib.
