Sizin reklam burada
Sizin reklam burada

Daşkəsəndə 23 yaşlı oğlanı sel apardı

Daşkəsəndə 23 yaşlı oğlanı sel apardı
Daşkəsən rayonunda selə düşən 23 yaşlı oğlan ölüb.

“Report”un məlumatına görə, bu gün axşam saatlarında Daşkəsənə yağan leysan yağışlar nəticəsində rayonun Təzəkənd sakini, 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb.

Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

  • Sosial şəbəkədə paylaş