Martın 17-si axşam saatlarında Xaçmazda minik avtomobili piyadanı vurub.
Hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Cinartala kəndi ərazisindən keçən hissəsində baş verib.
Yolu keçən yaşlı kişi VAZ 2107 markalı minlik avtomobili ilə vurulub. Ağır xəsarətlər alan yaralı hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

