Sizin reklam burada
Sizin reklam burada

Bakıda kütləvi dava: Bıçaqlananlar var

Bakıda kütləvi dava: Bıçaqlananlar var

Bakının Nərimanov rayonunda kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.

Hadisə Böyükşor ərazisində, Dərnəgül taxta bazarının yaxınlığında baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Sərvan Məsimov, 1996-cı il təvəllüdlü Raqif Rəhimov və 1996-cı il təvəllüdlü Ravin Xəlilov dava zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Məlumata görə, Sərvan Məsimov və Raqif Rəhimov bıçaqlanıb. Ravin Xəlilov isə döyülərək xəsarət alıb.

Yaralılardan ikisi Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Vəziyyəti ağır olan Raqif Rəhimov isə Akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə aparılıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. Davanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ