Sizin reklam burada
Sizin reklam burada

Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi

Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi


ABŞ prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin İranla bağlı danışıqlar prosesində iştirakını dayandırıb.

Bu barədə “Politico” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Trampın bu qərarı onun “Truth Social” sosial şəbəkəsindəki paylaşımından sonra məlum olub. ABŞ lideri daha əvvəl Vaşinqtonun Tehranla razılaşma əldə etməsinə artıq ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə, ABŞ İrana təzyiq göstərmək üçün lazımi vasitələrə malikdir.

Tramp daha sonra Vensdən diqqətini ABŞ-ın Demokratlar Partiyasının idarə etdiyi şəhər və ştatlarda baş verdiyi iddia olunan korrupsiya və cinayətkarlıq hallarına yönəltməsini istəyib. Beləliklə, vitse-prezident Minnesota, Kaliforniya, İllinoys və digər ştatlarda bu məsələlərlə məşğul olacaq.

Qərar Vensin İranla uzunmüddətli münaqişəni respublikaçıların aralıq seçkilərdəki məğlubiyyəti ilə əlaqələndirməsindən sonra verilib. Vitse-prezident ötən həftə müharibənin partiyasının Konqresin hər iki palatasında çoxluğu itirməsinin səbəblərindən biri olduğunu bildirmişdi. Tramp da daha əvvəl oxşar fikri səsləndirmişdi.

Qeyd edək ki, Vens bundan əvvəl Vaşinqtonla Tehran arasında diplomatik təmaslarda əsas fiqurlardan biri olub. O, apreldə ABŞ nümayəndə heyətinə rəhbərlik edərək Pakistanın ev sahibliyi etdiyi görüşdə iştirak edib. Tərəflər münaqişənin dayandırılması ilə bağlı razılığa gəlməyə çalışsalar da, danışıqlar nəticəsiz başa çatıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ