Sizin reklam burada
Sizin reklam burada

“İran terror dövlətidir” – Zaur Bayramlıdan fars rejimi barədə SƏRT SÖZLƏR

“İran terror dövlətidir” – Zaur Bayramlıdan fars rejimi barədə SƏRT SÖZLƏR

İranın Naxçıvan Hava Limanına dron hücumu bölgədə ciddi siyasi gərginlik yaradıb.
Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı ABŞ-da yaşayan diaspor fəalı, siyasi şərhçi Zaur Bayramlı sərt mövqe sərgiləyib.
Onun sözlərinə görə, İranın terror siyasəti yeni deyil və bu rejim illərdir Yaxın Şərqdə müxtəlif silahlı qrupları dəstəkləməklə tanınır.
Zaur Bayramlı bildirib ki, 30 ildən artıqdır Güney Azərbaycan məsələsi ilə məşğul olur və bu müddətdə dəfələrlə İranın terror rejimi olduğunu vurğulayıb:
“Yaxın Şərqdə fəaliyyət göstərən bir çox terror təşkilatları – Hizbullah, HƏMAS, Haşdi Şabi, husilər və başqaları ya İran tərəfindən yaradılıb, ya da sonradan İran tərəfindən himayəyə götürülüb. SEPAH-ın Qüds qüvvələri də bu prosesin əsas təşkilatçılarından biridir. Bu təşkilatlar milyonlarla insanın ölümünə səbəb olub”.
O qeyd edib ki, Azərbaycan da İranın terror fəaliyyətinin hədəfi olub:
“Ən son səfirliyimizə edilən terror hücumu hamının yadındadır. Təəssüf ki, bu gün də İran Azərbaycana qarşı növbəti terror aktı törətdi. Naxçıvan Hava Limanı kimi strateji obyekt İranın terror hücumuna məruz qaldı”.
Bayramlı bu gün prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasındakı çıxışı da xüsusi vurğulayıb:
“Cənab prezidentin çıxışı tarixi bir bəyanat idi. İndiyə qədər diplomatik dillə deyilən məsələlər bu dəfə tam açıq şəkildə ifadə olundu. İranın terror dövləti olduğu açıq şəkildə bəyan edildi və Naxçıvana hücumun alçaq terror aktı olduğu vurğulandı”.
O həmçinin qeyd edib ki, Azərbaycanın humanist mövqeyinə baxmayaraq, İranın bu addımı düşmənçilik kimi qiymətləndirilməlidir:
“Dünən prezident İranın Bakıdakı səfirliyinə gedərək Xameneinin ölümü ilə bağlı başsağlığı vermişdi. Bu, böyük insani jest idi. Amma bunun qarşılığında edilən hərəkət nankorluq və şərəfsizlikdir”.
Bayramlının sözlərinə görə, Azərbaycan ordusunun yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi də tam əsaslı addımdır:
“Azərbaycanın gücünü sınamaq istəyənlər bilməlidir ki, necə ermənilərin başı dəmir yumruqla əzildisə, eyni güc Azərbaycan ordusunda mövcuddur”.
O hesab edir ki, İranın hazırkı rejimi Azərbaycanın təhlükəsizliyi üçün ciddi təhdid olaraq qalır:
“Azərbaycan indiyə qədər mehriban qonşuluq prinsipinə sadiq qalaraq öz ərazisindən İrana qarşı istifadə edilməsinə imkan verməmişdi. Amma hesab edirəm ki, bu qərara yenidən baxılmalıdır”.

  • Sosial şəbəkədə paylaş