ABŞ və İsrailin infrastrukturuna endirdiyi zərbələrdən sonra İranın özünə gəlməsi üçün 10 il vaxt lazım olacaq.
Bu fikri ABŞ prezidenti Donald Tramp “ABC News”a verdiyi müsahibədə İslam Respublikasına qarşı hərbi kampaniyanın potensial nəticələrini şərh edərkən bildirib.
Söhbət əsnasında televiziya müxbiri Conatan Karl Amerika liderindən hərbi əməliyyatların aktiv mərhələsinin bitməsindən sonra nələrin baş verə biləcəyini soruşub. Aparıcı vəziyyətin həllində növbəti mərhələ üçün Vaşinqtonun vizyonunu müəyyən etməyə çalışıb.
Trampın cavabı qısa, lakin eyhamlı olub. "Növbəti mərhələni unudun", - deyə prezident bildirib və bununla da zərbələrin həddindən artıq sər olacağına və növbəti mərhələyə ehtiyac qalmayacağına işarə edib.
Ekspertlər qeyd edirlər ki, bu cür açıqlamalar Amerika administrasiyasının Tehrana qarşı sərt mövqeyini göstərə bilər.
