Sizin reklam burada
Sizin reklam burada

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Saatlıda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Saatlıda vətəndaşları qəbul edib



Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Saatlıda həmin rayonun sakinlərini qəbul edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müraciət edənlərin bir qismi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

  • Sosial şəbəkədə paylaş