Sizin reklam burada
Sizin reklam burada

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında final oyunlarına start verilib

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında final oyunlarına start verilib
Kişi şahmatçıların Azərbaycan çempionatında ilk final gününün oyunları keçirilib.

“Report”un məlumatına görə, çempionluq mübarizəsində Vüqar Əsədli Vasif Durarbəylini məğlub edərək üstünlük qazanıb.

Üçüncü yer uğrunda görüşdə Eltac Səfərli Məhəmməd Muradlı ilə heç-heçə edib.

Bu gün şahmatçılar arasında cavab matçları keçiriləcək.

Qeyd edək ki, iki görüşdən sonra hesab bərabər olarsa, tay-brek oynanılacaq.

  • Sosial şəbəkədə paylaş