Sizin reklam burada
Sizin reklam burada

Qadınlardan ibarət komandamız erməniləri məğlub edib birinci oldu

Qadınlardan ibarət komandamız erməniləri məğlub edib birinci oldu


Azərbaycanda ilk qadın kiberidman komandası yaradılıb.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə “East Legends” (Şərq əfsanələri) adlı qadınlardan ibarət “Counter Strike: Global Offensive” (CS:GO) kiberidman disiplini üzrə komandanın təşkil olunduğu haqqında məlumat yayılıb.

Rəsmi “Instagram” səhifəsində qeyd edilir ki, “East Legends” komandası artıq nüfuzlu təşkilat olan “FastCup”ın 8 aprel tarixində keçirdiyi “Sakura Female Cup” turnirinin qalibi olub.

Qələbəyə aparan yolda “Əfsanələr” İrəvanda yerləşən kiberidman təşkilatı “Virtus Pro”nun qadın yığmasını 19:16 hesabı ilə məğlubiyyətə uğradıb.

Ölkəmizin kiberidman tarixində nəinki “CS:GO” üzrə, ümumiyyətlə, ilk qadın yığması olan “East Legends” yetərincə cavan komanda olmasına baxmayaraq, iştirak etdiyi ilk turnirdə 22 komanda arasında birinci yerə layiq görülüb

  • Sosial şəbəkədə paylaş