16 iyul 2024-cü il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə UGİM-in futbol üzrə baş məşqçi-müəllimi Fərid Əzizovun rəhbərliyi altında "İdman hamı üçün" layihəsi çərçivəsində minifutbol üzrə ustad dərsi təşkil olunub.
Tədbirdə 18 nəfər idmançı və həvəskar yeniyetmə iştirak edib.
Fərid müəllim yeniyetmə idmançılar və həvəskarları minifutbol idman növü haqqında ətraflı məlumatlandıraraq onları bu idman növü ilə məşğul olmağa dəvət edib. İştirakçılar qızışdırıcı fiziki hərəkətləri yerinə yetirdikdən sonra təcrübəli məşqçinin rəhbərliyi altında minifutbol üzrə müxtəlif fəndləri yerinə yetirərək mənimsəyiblər. Sonda iştirakçılar arasında ikitərəfli oyun keçirilib.
Minifutbol üzrə ustad dərsinin keçirilməsində məqsəd uşaqlar və yeniyetmələr arasında minifutbol idman növünə marağın artırılması, sağlam həyat tərzinin təbliğ olunması və asudə vaxtın səmərəli təşkilidir.
#AZEgənclər #AZEidman #birkimibirlikdə
