13 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkil etdiyi "Üzməyi öyrənək" layihəsi çərçivəsində İsmayıllı Olimpiya İdman Kompleksində üzgüçülük məşğələləri keçirilib.
Üzgüçülük məşğələlərində şəhər ümumtəhsil məktəblərindən seçilmiş 1-5-ci sinif şagirdləri iştirak edib.
Layihənin əsas məqsədi uşaqlara üzməyi öyrətməklə onların sağlamlığının təmin edilməsi, bu idman növünün təbliği və inkişafına nail olmaqdır.Bir ay davam edəcək üzmə məşğələləri bölgü üzrə həftə içi müəyyən günlərdə, müxtəlif saatlarda peşəkar məşqçilər tərəfindən keçirilir.
#Gənclərİdman #AzeSport #birkimibirlikdə
#DŞRGİİ #ÜzməyiÖyrənək
