2-10 dekabr 2024-cü il tarixlərində Qobustan İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında mini-futbol üzrə rayon turniri keçirilib.
İlk turda UGİM-1 komandası “Qobustan-3” komandasına 3:2 hesabı ilə qalib gəlib. UGİM-2 komandası “Sündü“ komandasından 4:2 hesabı ilə üstün olub.
İkinci turda UGİM-1 komandasının “Qobustan-1” komandası ilə oyunu 4:1 hesabı ilə başa çatıb. “Sündü” komandasının “Çalov” komandası ilə oyunu isə 1:1 nətcələnib.
Üçüncü tur oyunları aşağıdakı kimi nəticələnib:
“Qobustan-3” - “Qobustan-1” 2:1
UGİM-2 - “Çalov” 3:0
10 dekabr 2024-cü il tarixində xatirə turnirinin qalibi uğrunda görüşdə Qobustan UGİM-nin 2 komandası qarşılaşıb. UGİM-1 komandası UGİM-2 komandasına 3:1 hesabı ilə qalib gələrək turnirin qalibi olub.
Minifutbol turnirinin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin yad olunması, uşaq və yeniyetmələr arasında idmanın bu növünə marağın artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və asudə vaxtın səmərəli təşkilidir.
Turnirin qalibi və mükafatçıları olan komandalara Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunub.
#gənclərvəidmannazirliyi #birkimibirlikdə #AZEsport
