İspaniyanın Salamanka əyalətində milli komandanın Dünya Kubokundakı qələbəsinin qeyd edildiyi şənliklər zamanı fəvvarənin uçması nəticəsində bir yeniyetmə ölüb, üç nəfər yaralanıb.
Bu barədə “Europa Press” agentliyi polis mənbələrinə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, komandanın uğurundan ilhamlanan gənclər bazar ertəsi gecəsi Kiudad Rodriqo şəhərindəki bir fəvvarənin yanında toplaşıblar. Tikilinin bir hissəsi qəfildən çöküb və daş bloklardan biri 13 yaşlı oğlanın üzərinə düşüb. İlk tibbi yardım göstərilsə də, onu xilas etmək mümkün olmayıb.
Daha üç zərərçəkən müxtəlif dərəcəli bədən xəsarətləri alıb və vəziyyətləri ağırdır.

