Niderland hakimiyyəti ölkədə benzinin qiymətinin sürətlə yüksəlməsinin qarşısını ala bilməyib.
Əgər sentyabrın 21-də ölkədə benzinin bir litri 2,712 avroya (təxminən 5,25 manat) təklif edilirdisə, bir həftə sonra, yəni sentyabrın 28-də bu rəqəm 2,729 avroya (təxminən 5,28 manat) yüksəlib. Bununla belə, dizel yanacağının qiymətində cüzi ucuzlaşma müşahidə olunub. Belə ki, bir litr üçün qiymət 2,824 avrodan (təxminən 5,47 manat) 2,788 avroya (təxminən 5,40 manat) düşüb.
Eyni zamanda, Slovakiya bazarında da bahalaşma qeydə alınıb. Ölkədə benzinin litri 1,853 avroya (təxminən 3,59 manat), dizel isə 1,95 avroya (təxminən 3,77 manat) qalxıb.
Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyada dizel yanacağının qiymətinin tarixi maksimuma çatdığı bildirilmişdi. Belə ki, dizelin bir litri 199,18 pensə (təxminən 2,64 dollar/4,49 manat) kimi bahalaşıb.

