Doqquzuncu çağırış Dövlət Dumasının rəhbərliyinə sədrin iki birinci müavini və doqquz sədr müavini daxil olacaq.
Bu barədə jurnalistlərə birinci plenar iclasın hazırlığı üzrə müvəqqəti deputat işçi qrupunun rəhbəri Viktor Pinski bildirib
Bundan əvvəl Pinski bildirmişdi ki, yeni çağırış Dövlət Dumasında 34 komitə və dörd daimi komissiya yaradılacaq. Xüsusilə, iki yeni komitə fəaliyyətə başlayacaq. Bunlardan biri rəqəmsal texnologiyalar və süni intellekt sahəsinə, ikincisi isə inzibati və cinayət qanunvericiliyi məsələlərinə diqqət yetirəcək.
Doqquzuncu çağırış Dövlət Dumasına deputat seçkiləri Rusiyada sentyabrın 18-dən 20-dək keçirilib. Səsvermənin yekunlarına əsasən, “Vahid Rusiya” partiyası 349, KPRF 37, LDPR 23, “Yeni insanlar” 19, “Ədalətli Rusiya” 17 və “Rodina” partiyası 1 mandat qazanıb. Bundan əlavə, parlamentin aşağı palatasına dörd bitərəf namizəd seçilib.
Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə fəallıq rekord səviyyədə – 59,8% və ya 67,4 milyon seçici təşkil edib.

