Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini Rahim Novruzov Keyfiyyət monitorinqi aparılmış ümumtəhsil müəssisələrində fəaliyyət planının icrası ilə bağlı həmin məktəblərin direktorları ilə onlayn görüş keçirmişdir. Görüşdə Tədrisin keyfiyyəti sektorunun müdiri Cəmil Muradov, rayon təhsil sektorlarının müdirləri və əvvəlki illərdə keyfiyyət monitorinqləri aparılmış ümumtəhsil müəssisələrinin direktorları iştirak etmişlər.
Görüş zamanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış “Keyfiyyət monitorinqləri aparılmış ümumi təhsil müəssisələri üzrə fəaliyyət planı” məktəb direktorlarına təqdim edilmiş, bu istiqamətdə görülməli işlər diqqətə çatdırılmış, aparılmış yoxlamaların nəticələrinə əsasən 4 sahə üzrə müəyyən olunmuş zəif istiqamətlərin inkişaf etdirilməsi ilə bağlı tapşırıqlar verilmiş və məktəblərin inkişaf planları üzrə həyata keçirdikləri fəaliyyətlər müzakirə olunmuşdur.
Qeyd olunan tapşırıqların yalnız əvvəlki illərdə monitorinq aparılmış müəssisələrdə deyil, eyni zamanda Daxili Keyfiyyət Təminatı Sisteminin tətbiq olunduğu 60 ümumtəhsil müəssisəsində mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #MüdirMüavini #Görüş
