Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbirlər keçirilib.
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar keçirilən tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şagirdlərə 1990-cı ilin 20 Yanvar hadisələrinin baş verdiyi tarixi dövr haqqında ətraflı məlumat verilib, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizə əsl qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilib.
Tədbirlərdə şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
#MərkəziAranRTİ #20Yanvar
