Sizin reklam burada
Sizin reklam burada

10 May böyük dövlət xadimi Heydər Əliyevin anadan olduğu gündür

10 May böyük dövlət xadimi Heydər Əliyevin anadan olduğu gündür


Heydər Əliyev bütün ömrünü xalqına və dövlətinə xidmətə həsr etmişdir. O, yalnız Azərbaycanın deyil, ümumilikdə türk dünyasının ən görkəmli siyasi liderlərindən biri kimi tarixə düşmüşdür. Onun zəngin siyasi fəaliyyəti nəticəsində Azərbaycan həm sovet dövründə, həm də müstəqillik illərində böyük inkişaf yolu keçmişdir.
Heydər Əliyev Azərbaycan dövlətçilik məktəbinin banisi kimi tarixə düşmüşdür. Onun zəngin siyasi fəaliyyəti ölkəmizin gələcək inkişafına güclü təkan vermişdir.
O, hər zaman xalqın yanında olmuş, ölkənin rifahı üçün mühüm qərarlar qəbul etmişdir. Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə güclü mövqeyə sahib olmuşdur.
Bu gün Azərbaycan xalqı Ümummilli Liderin əziz xatirəsini böyük ehtiramla yad edir. Onun müəyyən etdiyi siyasi kurs uğurla davam etdirilir və Azərbaycan gündən-günə daha da güclənir. Heydər Əliyevin adı xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Nərgiz Həsənova
Qarabağ Regional Təhsil İdarəsi,
Bərdə rayonu E. Əsədov adına Türkmən kənd orta məktəbinin direktoru,
Respublikanın Əməkdar müəllimi

  • Sosial şəbəkədə paylaş