Sizin reklam burada
Sizin reklam burada

Hörmüz boğazından sutkada cəmi üç gəmi keçib

Hörmüz boğazından sutkada cəmi üç gəmi keçib

Sentyabrın 22-də Hörmüz boğazından cəmi üç kommersiya gəmisi keçib.

Bu barədə "Kpler" gəmi izləmə sisteminin məlumatları xəbər verir. Bildirilir ki, əvvəlki gün isə boğazdan dörd gəmi keçib.

Məlumata görə, sentyabrın 22-də keçən üç gəminin hamısı boğazdan çıxış istiqamətində hərəkət edib.

Son 10 gün ərzində Hörmüz boğazından sutkada orta hesabla 15 gəmi keçib. Sentyabrın 22-də qeydə alınan üç gəmi isə bu göstəricidən xeyli aşağıdır.

Həmin gün Babül-Məndəb boğazından isə 22 kommersiya gəmisi keçib. Bu boğaz üzrə son 10 günün orta göstəricisi 26 gəmi təşkil edib.

  • Sosial şəbəkədə paylaş