Sizin reklam burada
Sizin reklam burada

Bu üç ölkə Arktikada birləşir - Moskvanı narahat edəcək plan

Bu üç ölkə Arktikada birləşir - Moskvanı narahat edəcək plan

ABŞ, Yaponiya və Cənubi Koreya Arktikada əməkdaşlığı genişləndirmək üçün anlaşma memorandumu imzalamağa hazırlaşır.

Bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Məlumata görə, üç ölkənin xarici işlər nazirləri BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşərək sənədi imzalamağı planlaşdırırlar. Memorandum layihəsində Arktikada əməkdaşlığın ABŞ, Yaponiya və Cənubi Koreyanın iqtisadi təhlükəsizliyi üçün vacib olduğu qeyd edilir.

Tərəflərin “Arktika-Sakit okean üçtərəfli tərəfdaşlığı” adlı işçi qrup yaratması da nəzərdə tutulur. Həmçinin Danimarka və Norveç də daxil olmaqla, Arktika Şurasının səkkiz üzvü ilə əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılacaq.

Əməkdaşlığın əsas istiqamətlərindən biri dəniz sahəsi olacaq. Ölkələr buzqıran gəmilərin hazırlanması, dəniz və hava şəraitinin müşahidəsi, eləcə də Arktikada fövqəladə vəziyyətlərə birgə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Bundan başqa, Arktikada yerləşən neft və təbii qaz ehtiyatlarının hasilatı və tədarükünün artırılması ilə bağlı əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır.

Cənubi Koreya isə Avropaya uzanan Şimal Dəniz Marşrutundan istifadəni genişləndirməkdə maraqlıdır. Bu marşrutdan istifadə Süveyş kanalı üzərindən keçən ənənəvi marşrutla müqayisədə məsafə və səfər müddətini təxminən 30 faiz azaltmağa imkan verə bilər.

Məlumatlara görə, üçtərəfli əməkdaşlıq həmçinin Çin və Rusiyanın Arktikadakı təsirinin artması fonunda iqtisadi və təhlükəsizlik məsələlərini də əhatə edir.

  • Sosial şəbəkədə paylaş