Sizin reklam burada
Sizin reklam burada

20 Sentyabr – suveren Azərbaycanımızın qürur günü

20 Sentyabr – suveren Azərbaycanımızın qürur günü

Tarix boyu Azərbaycan xalqının ən böyük arzularından biri öz dövlətinin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq olub. Bu gün 20 Sentyabr – Dövlət Suverenliyi Günü kimi Azərbaycan xalqının milli qürurunu və dövlətçilik iradəsini ifadə edən əlamətdar tarixlərdən biri kimi qeyd olunur.

Suverenlik hər bir dövlət üçün fundamental dəyərdir. Dövlətin öz ərazisində qanunlarını və hakimiyyətini tam şəkildə həyata keçirməsi, milli maraqlarını qoruması və gələcək inkişaf istiqamətlərini müstəqil müəyyənləşdirməsi suverenliyin əsas göstəricilərindəndir.

Azərbaycanın suverenliyinin tam təmin olunması ölkəmizin müasir tarixində mühüm hadisədir. Bu nailiyyət Azərbaycan xalqının uzun illər ərzində nümayiş etdirdiyi dözüm, birlik və dövlətçilik iradəsinin nəticəsi kimi qiymətləndirilir.

Bu əlamətdar gün bizə həm də tariximizi unutmamağı, dövlətimizin əldə etdiyi nailiyyətləri qorumağı və gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymağı xatırladır. Hər bir vətəndaş öz fəaliyyəti ilə ölkənin inkişafına töhfə verə bilər. Müəllim öz işi ilə, həkim peşəsi ilə, jurnalist obyektiv sözü ilə, sahibkar iqtisadi fəaliyyəti ilə, gənclər isə təhsili və zəhməti ilə dövlətin inkişafına xidmət edir.

Dövlət Suverenliyi Günü həm də gələcəyə inam günüdür. Güclü dövlət, həmrəy xalq və məsuliyyətli vətəndaş cəmiyyəti Azərbaycanın inkişafının mühüm dayaqlarıdır.

20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə bütün soydaşlarımızı və Azərbaycan vətəndaşlarını təbrik edirik. Qoy üçrəngli Azərbaycan bayrağı daim ucalarda dalğalansın, ölkəmizdə sülh və sabitlik hökm sürsün, xalqımızın birliyi və dövlətimizin suverenliyi əbədi olsun!


Elşad Quluyev
Baş Mil-Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ