10 May müasir Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olan gündür. Bu tarix dahi dövlət xadimi Heydər Əliyevin doğum günüdür. Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində silinməz iz qoymuş böyük liderdir.
Ulu Öndər dövlətçiliyin qorunmasını hər zaman ən əsas məsələ hesab etmişdir. O, ölkədə güclü idarəçilik sistemi yaratmış və dövlətin möhkəmlənməsi üçün mühüm addımlar atmışdır. Azərbaycan xalqı məhz Heydər Əliyevin rəhbərliyi sayəsində müstəqilliyini qoruyub saxlaya bildi.
Heydər Əliyevin həyata keçirdiyi iqtisadi siyasət ölkənin inkişafına güclü təkan verdi. Xarici investisiyaların cəlb olunması, neft strategiyasının uğurla həyata keçirilməsi və sahibkarlığın inkişafı Azərbaycanın iqtisadi qüdrətini artırdı.
Ulu Öndər ordu quruculuğuna da xüsusi diqqət ayırırdı. Güclü və peşəkar ordunun formalaşdırılması onun əsas prioritetlərindən biri idi. Bu gün Azərbaycan Ordusunun qazandığı uğurların təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi strateji xətt dayanır.
Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan xalqının tarixində əbədi olaraq yaşayacaqdır. Onun ideyaları bu gün də ölkəmizin inkişaf yolunu müəyyən edir.
Səxavət Səlimov
“Azərenerji” ASC-nin Avtonəqliyyat İdarəsinin rəisi
