Sizin reklam burada
Sizin reklam burada

10 May – Dahi Liderin Doğum Günü

10 May – Dahi Liderin Doğum Günü

10 May Azərbaycan xalqının böyük ehtiram və sonsuz minnətdarlıq hissi ilə qeyd etdiyi əlamətdar tarixdir. Bu gün müstəqil Azərbaycan dövlətinin memarı, görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olduğu gündür. Heydər Əliyev Azərbaycan tarixində silinməz iz qoymuş, xalqın yaddaşında əbədi yaşayan böyük şəxsiyyətdir.
Heydər Əliyevin həyat yolu Vətənə və xalqa xidmət nümunəsidir. O, uzun illər ərzində Azərbaycanın inkişafı üçün yorulmadan çalışmış, dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlər göstərmişdir. Onun rəhbərliyi dövründə Azərbaycan iqtisadi, siyasi və mədəni sahələrdə böyük uğurlar qazanmışdır.
1990-cı illərin əvvəllərində ölkədə hökm sürən qarışıqlıq və böhran Azərbaycanı böyük təhlükələrlə üz-üzə qoymuşdu. Dövlət müstəqilliyi ciddi təhlükə altına düşmüşdü. Belə çətin bir zamanda xalq öz xilaskarını – Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ulu Öndərin siyasi iradəsi və qətiyyəti nəticəsində ölkədə sabitlik bərpa olundu, dövlətçilik ənənələri qorundu və inkişafın əsası qoyuldu.
Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırdı. Onun rəhbərliyi ilə ölkəmiz dünya dövlətləri arasında öz layiqli yerini tutdu. Xüsusilə neft strategiyası Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynadı.
Bu gün Azərbaycan xalqı Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir. Onun siyasi irsi və dövlətçilik məktəbi xalqımız üçün daim örnəkdir.

Vüqar Abbasov
İş adamı-xeyriyyəçi


  • Sosial şəbəkədə paylaş