Sizin reklam burada
Sizin reklam burada

Ulu Öndərin İdeyaları Yaşayır

Ulu Öndərin İdeyaları Yaşayır

10 May müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin doğum günüdür. Bu əlamətdar tarix Azərbaycan xalqı tərəfindən böyük ehtiramla qeyd olunur.
Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması və inkişafı naminə misilsiz xidmətlər göstərmişdir. Onun rəhbərliyi ilə ölkədə sabitlik yaradılmış, iqtisadiyyat inkişaf etmiş və Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənmişdir.
Ulu Öndər hər zaman milli maraqları üstün tuturdu. O, Azərbaycan xalqının rifahı və dövlətin gələcəyi üçün mühüm qərarlar qəbul etmişdir. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir.
Onun siyasi fəaliyyəti yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də böyük örnəkdir. Heydər Əliyevin ideyaları Azərbaycan xalqının milli sərvəti hesab olunur.
Bu gün xalqımız Ulu Öndərin əziz xatirəsini dərin sevgi və ehtiram hissi ilə yad edir. Onun adı və fəaliyyəti Azərbaycan tarixində əbədi yaşayacaqdır.


Əvəz Qocayev
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA)
İdarə Heyətinin sədr müavini

  • Sosial şəbəkədə paylaş