Sizin reklam burada
Sizin reklam burada

10 May – Böyük Şəxsiyyətin Doğum Günü

10 May – Böyük Şəxsiyyətin Doğum Günü

10 May Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyətə malik olan əlamətdar gündür. Bu tarix Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olduğu gündür. Heydər Əliyevin adı Azərbaycan xalqının qəlbində daim yaşayır və onun zəngin siyasi fəaliyyəti xalqımız üçün böyük örnək hesab olunur.
Heydər Əliyev bütün həyatını Azərbaycan xalqının rifahına və dövlətimizin inkişafına həsr etmişdir. O, öz qətiyyəti, müdrikliyi və uzaqgörən siyasəti ilə Azərbaycanı ən çətin sınaqlardan çıxarmağı bacarmışdır. Ulu Öndər xalqın ən ağır günlərində onun yanında olmuş, dövlətçiliyin qorunması üçün böyük fədakarlıqlar göstərmişdir.
1993-cü ildə Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət ölkəni böyük təhlükə qarşısında qoymuşdu. Ölkədə hərc-mərclik, özbaşınalıq və siyasi qarşıdurmalar hökm sürürdü. Məhz belə bir zamanda xalq öz ümidini Heydər Əliyevə bağladı. Onun hakimiyyətə qayıdışı Azərbaycanın taleyində dönüş nöqtəsinə çevrildi. Ulu Öndərin rəhbərliyi ilə ölkədə sabitlik yaradıldı, dövlət idarəçiliyi gücləndirildi və xalqın gələcəyə olan inamı geri qaytarıldı.
Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası Azərbaycanın iqtisadi inkişafına böyük təkan verdi. “Əsrin müqaviləsi”nin imzalanması nəticəsində ölkəmizə milyardlarla investisiya cəlb olundu və Azərbaycan dünya iqtisadiyyatında mühüm yer tutmağa başladı.
Ulu Öndər milli-mənəvi dəyərlərin qorunmasına da xüsusi diqqət yetirirdi. O, Azərbaycan dilinin inkişafını, milli mədəniyyətin təbliğini və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsini daim diqqət mərkəzində saxlayırdı.
Bu gün Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs dayanır. Azərbaycan xalqı Ümummilli Liderin xatirəsini böyük sevgi və ehtiramla yad edir.

Qalib Nəbiyev
Təhsil Nazirliyi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi
publik hüquqi şəxsinin direktoru

  • Sosial şəbəkədə paylaş