Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanın Xilaskar Lideri

Azərbaycanın Xilaskar Lideri


10 May Azərbaycan tarixinin ən önəmli günlərindən biridir. Bu gün dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.
Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması və inkişafı naminə misilsiz xidmətlər göstərmişdir. Onun rəhbərliyi ilə ölkəmiz böyük inkişaf yolu keçmiş, Azərbaycan beynəlxalq aləmdə öz sözünü deyən güclü dövlətə çevrilmişdir.
Ulu Öndər xalqın rifahını hər zaman əsas məqsəd hesab etmişdir. O, Azərbaycanın iqtisadi gücünün artırılması, ordunun möhkəmləndirilməsi və dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görmüşdür. Onun rəhbərliyi dövründə ölkədə sabitlik təmin edilmiş və inkişaf üçün möhkəm təməl yaradılmışdır.
Heydər Əliyev təkcə siyasətçi deyil, həm də xalqını ürəkdən sevən böyük vətənpərvər idi. O, hər zaman Azərbaycan xalqının maraqlarını qoruyur və dövlətin gələcəyini düşünürdü. Məhz buna görə də xalqın sonsuz sevgisini və etimadını qazanmışdır.
Bu gün Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında Heydər Əliyevin siyasi kursu dayanır. Azərbaycan xalqı Ulu Öndərin əziz xatirəsini daim uca tutur və onun ideyalarına sadiq qalır.

Raqif Qasımov
Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Zaqatala
filialının direktoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent

  • Sosial şəbəkədə paylaş