İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxın əsas mahiyyəti isə “Güc birlikdədir”, ayrı-ayrı yerdə yaşasaq və yaratsaq da, Vətənimizə, xalqımıza, dünyamıza xidmət edərək bir orkestr halında birləşmək və dövləti dəstəkləməkdir.
Qeyd edək ki, 2011-ci ildən fəaliyyətə başlayan Bakı Kamera Orkestrinin bədii rəhbəri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova, dirijoru, Əməkdar artist Fuad İbrahimovdur. Orkestrin tərkibinə gənc Beynəlxalq müsabiqə laureatları və istedadlı ifaçılar daxildir.
Orkestr dünyanın bir çox ölkələrində konsert proqramları ilə qastrol səfərlərində olub, Azərbaycanın və dünyanın tanınmış sənətçilərini müşayiət edib.
