“Report”un məlumatına görə, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Natiq Arif oğlu Qələndərov gətirilib.
Qeyd edək ki, N.Qələndərov 20 dekabr 1989-cu ildə Şəmkir şəhərində dünyaya gəlib. Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsini bitirib. Ailəlidir, iki övladı var.
O daha öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
