O, Bakı Sağlamlıq Mərkəzində vaksinasiya edilib. Oqtay Şirəliyev vaksinasiya olunan ilk şəxslərdən biridir.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) sədri Ramin Bayramlı, Səhiyyə nazirinin müavini Viktor Qasımov və TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva da koronavirusa qarşı peyvənd olunublar.
Vaksinasiyasının ikinci mərhələsi fevralın 1-dən başlanılacaq.
