Sizin reklam burada
Sizin reklam burada

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər Muğam Mərkəzində tədbir keçirilib.
Tədbirdə təhsil ictimaiyyətinin nümayəndələri, müəllimlər və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Sumqayıt şəhəri 23 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Quliyeva Nübar Bəşir qızı və Abşeron rayonu Mehdiabad qəsəbə 5 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Şıxkerimova İlhamə Yuriy qızı müəllimlik peşəsinin məsuliyyətindən, müəllim əməyinin cəmiyyətin inkişafındakı mühüm rolundan bəhs ediblər.
Daha sonra çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva tədbir iştirakçılarını və bütün müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib.
Çıxışında müəllim peşəsinin böyük məsuliyyət və fədakarlıq tələb etdiyini vurğulayan İdarə müdiri qeyd edib ki, müəllim yalnız şagirdə bilik verən şəxs deyil, eyni zamanda onun şəxsiyyət kimi formalaşmasına, dünyagörüşünün və həyat dəyərlərinin inkişafına mühüm təsir göstərən örnəkdir. Müəllimlərin gündəlik fəaliyyətinin gələcək nəslin bilikli, savadlı və vətənpərvər ruhda yetişdirilməsində mühüm əhəmiyyət daşıdığı bildirilib.
İlhamə Abdullayeva təhsil sahəsində əldə olunan nailiyyətlərdə müəllimlərin əməyinin xüsusi rolunu qeyd edərək, onların peşəkarlığına, zəhmətinə və təhsilin inkişafına verdikləri töhfələrə görə təşəkkürünü ifadə edib. O, müəllimlərə möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayıb.
Daha sonra Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən bir qrup müəllimə təltiflər təqdim olunub.
Tədbirin sonunda bədii hissə təqdim edilib.
Tədbir iştirakçıları, çıxışçılar və təltif olunan müəllimlərlə xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

  • Sosial şəbəkədə paylaş