Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.
2026–2027-ci tədris ilində Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 5 263 uşaq qeydiyyatdan keçib.
Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Dərslər “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” istiqamətlərini əhatə edir.
Məktəbəhazırlıq qruplarının yaradılmasında əsas məqsəd 5 yaşlı uşaqların psixoloji dayanıqlığının artırılması, təhsil mühitinə uyğunlaşması və ünsiyyət bacarıqlarının formalaşdırılmasıdır.
