???? Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrinin tutulması ilə bağlı müsabiqənin müsahibə mərhələsi keçirilib.
???? Müsahibələr zamanı namizədlərin təhsil müəssisəsinin idarə olunması ilə bağlı bilik və bacarıqları, pedaqoji yanaşmaları, ünsiyyət və komanda ilə işləmək qabiliyyətləri, eləcə də müxtəlif situasiyalarda düzgün qərar qəbul etmək və problemlərin həllinə çevik yanaşmaq bacarıqları nəzərdən keçirilib.
???? Müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələrində idarəetmənin keyfiyyətinin yüksəldilməsinə xidmət edən, müasir təhsil yanaşmalarına bələd və peşəkar idarəetmə bacarıqlarına malik kadrların seçilmısidir.
???? Müsahibə mərhələsində iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!
