Sizin reklam burada
Sizin reklam burada

8 NOYABR – MİLLİ QÜRURUMUZ, DÖVLƏTÇİLİYİMİZ VƏ GƏLƏCƏYİMİZİN ZƏFƏRİ

8 NOYABR – MİLLİ QÜRURUMUZ, DÖVLƏTÇİLİYİMİZ VƏ GƏLƏCƏYİMİZİN ZƏFƏRİ

Zəfər Günü Azərbaycan xalqının milli qürurunu, dövlətçilik tarixini və gələcəyə olan inamını özündə birləşdirən əlamətdar bayramdır. 8 Noyabr tarixinin hər il böyük coşqu ilə qeyd edilməsi xalqımızın Vətən müharibəsində əldə etdiyi tarixi qələbəyə verdiyi yüksək qiymətin ifadəsidir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə göstərdi ki, milli birlik, güclü dövlətçilik və müasir ordu istənilən çətinliyin öhdəsindən gəlmək üçün əsas amillərdir. Bu qələbə uzun illər torpaq həsrəti ilə yaşayan milyonlarla insanın ümidlərini gerçəkləşdirdi, Azərbaycanın ərazi bütövlüyünün bərpasına yol açdı.

Bu gün Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən layihələr, yolların çəkilməsi, yaşayış məntəqələrinin yenidən qurulması, sosial infrastrukturun yaradılması Zəfərin real nəticələridir. Böyük Qayıdış proqramı çərçivəsində insanların öz doğma yurdlarına qayıtması tarixi ədalətin bərpasının mühüm mərhələsidir.

Zəfərimizin qorunması və gələcək nəsillərə çatdırılması hər birimizin üzərinə düşən məsuliyyətdir. Azərbaycan gəncləri tariximizi bilməli, şəhidlərimizin qəhrəmanlığını unutmamalı, Vətənimizin inkişafı və tərəqqisi naminə çalışmalıdırlar.

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını, Ali Baş Komandanımızı, rəşadətli ordumuzu, şəhid ailələrimizi və qazilərimizi ürəkdən təbrik edirik!

Qoy ölkəmizdə daim sülh və əmin-amanlıq hökm sürsün, üçrəngli bayrağımız hər zaman qürurla dalğalansın. Zəfərimiz mübarək olsun, Azərbaycan!

Əliyeva Səbinə
Bakı şəhəri, Xətai rayonu 24 saylı tam orta məktəbin direktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ