Sizin reklam burada
Sizin reklam burada

Şimali Koreya yeni silahını sınaqdan keçirdi - 2027-ci ildə donanmaya veriləcək

Şimali Koreya yeni silahını sınaqdan keçirdi - 2027-ci ildə donanmaya veriləcək

Şimali Koreya Yapon dənizində yeni yüksək sürətli torpedo sistemini sınaqdan keçirib. Rəsmi Pxenyan sınağın silahın döyüş effektivliyini təsdiqlədiyini açıqlayıb.

Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, noyabrın 9-da keçirilən sınaq müdafiə sahəsində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının birgə hazırladığı torpedonun imkanlarını yoxlamaq məqsədi daşıyıb.

Yeni silahın 2027-ci ilin əvvəlindən Şimali Koreya Hərbi Dəniz Qüvvələrinin silahlanmasına daxil edilməsi planlaşdırılır. Torpedonun texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilməyib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ