Bu ilin yanvar-oktyabr aylarında Ermənistənə səfər edən turistlərin sayına görə Rusiya ilk sırada qərarlaşıb.
Ölkənin Dövlət Gəlirləri Komitəsinin mətbuat xidmətinin məlumatına görə, hesabat dövründə Ermənistana Rusiyadan 820 614 nəfər səfər edib. Bu, ümumi turist sayının 40 faizini təşkil edir.
Gürcüstan 272 886 nəfərlə (13 faiz) ikinci, İran isə 167 629 nəfərlə (8 faiz) üçüncü yerdə qərarlaşıb.
Ümumilikdə, 2026-cı ilin ilk 10 ayında Ermənistana 2 milyon 43 min 531 turist gəlib. Ötən ilin eyni dövründə bu göstərici 1 milyon 947 min 138 nəfər olub.
