Benyamin Netanyahu İranın bəzi şəhərlərində küçələrə onun adının verildiyini iddia edib.
İsrailin baş naziri bu barədə “CBS News” telekanalına müsahibəsində danışıb.
Netanyahunun sözlərinə görə, İranda onun adını daşıyan küçələrə rast gəlmək mümkündür.
“İranda küçələrə mənim adım qoyulur. Bunu bilirdinizmi?” - deyə o bildirib.
İsrail lideri əlavə edib ki, bəzi iranlılar onu gənclik illərindən qalan məşhur ləqəbi ilə “əziz Bibi” adlandırırlar.
Netanyahu qeyd edib ki, oxşar simvolik hallar ABŞ prezidenti Donald Trump ilə bağlı da baş verir. Onun sözlərinə görə, Trampın da siyasi mövqeyinə görə İranda küçə adlarında adı çəkilir.
