Sizin reklam burada
Sizin reklam burada

Fransanın Ermənistandakı səfirliyi zəhərlənən qonaqlardan üzr istədi

Fransanın Ermənistandakı səfirliyi zəhərlənən qonaqlardan üzr istədi


Xəbər verdiyimiz kimi Fransanın Ermənistandakı səfirliyinin keçirdiyi ziyafətdən sonra xeyli sayda insan zəhərlənib.

Səfirlik bu gün "Facebook" səhifəsində bu arzuolunmaz hadisə ilə bağlı bəyanat yayıb. Açıqlamada yazılıb: "14 iyul 2026-cı ildə Fransa səfirliyində Milli Gün münasibətilə keçirilən qəbul zamanı bəzi qonaqlarda qida zəhərlənməsi simptomlarının olması barədə məlumat verildi. Fransa səfirliyi yaranan narahatçılığa görə bu qonaqlardan səmimi qəlbdən üzr istəyir. Fransa səfirliyi bu simptomların səbəbinin müəyyən ediləcəyinə ümid edir".

Səfirlik bu qalmaqallı hadisə ilə bağlı Ermənistan Respublikasının Səhiyyə Nazirliyi ilə əlaqə saxladıqlarını da bəyan edib.

Xatırladaq ki, şənlikdə Ermənistanın baş nazirin müavini Mqer Qriqoryan və digər rəsmi şəxslər də iştirak edib.

  • Sosial şəbəkədə paylaş