Oktyabrın 31-də gecə Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun istifadə etdiyi logistika və enerji infrastrukturu obyektlərinə qarşı dron hücumlarını davam etdirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında qeyd edilib ki, hava zərbələri Kiyevdəki hərbi logistika obyektlərinə, eləcə də silah və hərbi texnikanın saxlanma yerlərini elektrik enerjisi ilə təmin edən 6 nömrəli İstilik Elektrik Stansiyasına (İES) yönəlib. İES sıradan çıxarılıb.
Bu İES Kiyevdəki ən güclü stansiya sayılır.
Xatırladaq ki, Kiyev meri Vitali Kliçko bundan öncə Ukrayna paytaxtındakı vacib infrastruktur obyektinə üç dron hücumu nəticəsində ciddi ziyan dəydiyini bildirmişdi.
