Sizin reklam burada
Sizin reklam burada

Pentaqondan NATO ölkələrinə gözlənilməz çağırış: Rusiyaya qarşı bunu edin

Pentaqondan NATO ölkələrinə gözlənilməz çağırış: Rusiyaya qarşı bunu edin

ABŞ Müdafiə Nazirliyi bir sıra NATO ölkələrindən Rusiyaya qarşı sərt ritorikanı yumşaltmağı istəyib.

Bu barədə “Reuters” agentliyi vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Pentaqonun bu çağırışı ünvanladığı ölkələr arasında Litva, Latviya və Estoniya da var. Qeyd olunur ki, həmin dövlətlərdən ictimai bəyanatlarında daha təmkinli olmağı xahiş ediblər. Bu mesajların ikitərəfli görüşlər zamanı çatdırıldığı qeyd olunur. Digər Avropa hökumətlərinin də belə müraciətlər alıb-almadığı isə məlum deyil.

Pentaqonun bu mövqeyi NATO üzvlərinin Rusiyaya qarşı sərt bəyanatlarının Avropa qitəsinin təhlükəsizliyinə xələl gətirməsi ilə əsaslandırılır.

Məsələ ilə bağlı açıqlama verən Pentaqon nümayəndəsi bildirib ki, bunlar müttəfiqlər arasında keçirilən qapalı müzakirələrdir və qurum həmin bəyanatları şərh etməyəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ